Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı
  06 Noyabr 2013    Oxunub:857
Bu gün Milli Məclisin 6 komitəsinin iştirakı ilə 2014-cü ilin büdcə layihəsinin müzakirəsinə başlanıb.
AzVision.az-ın məlumatına görə, büdcə müzakirələrinə parlamentin Elm və Təhsil, Region Məsələlər, Mədəniyyət, Hüquq siyasəti və Dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə, İnsan hüquqları Komitəsinin üzvləri qatılıblar.

İclasda eyni zamanda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Toplantını Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev açıb. O, büdcə layihəsi barədə çıxış edib. Millət vəkili ölkədə makroiqtisadiyyatın inkişafından söz açıb. Bildirib ki, artıq bir neçə ildir ki, dünyada iqtisadi böhran var. Lakin buna baxmayaraq, Azərbycanda makroiqtisadiyyat inkişaf edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti