Məmmədyarov İndoneziyaya getdi

Məmmədyarov İndoneziyaya getdi
  06 Noyabr 2013    Oxunub:1126
Noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə yola düşüb.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,
illik əsasda keçirilən Demokratiya Forumunun bu ilki mövzusu "Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi" olacaq.

Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.


Teqlər:





Xəbər lenti