Vaşinqtonda Həmrəylik Günü qeyd olunub - FOTO

Vaşinqtonda Həmrəylik Günü qeyd olunub -  FOTO
  24 Dekabr 2018    Oxunub:3880
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Məktəbən Azvision.az -a verilən xəbərə görə, bayram günü tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak edib.



Tədbir zamanı aparıcılar tədbir iştirakçılarını salamlamış və xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər. İlk olaraq şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himni ifa olunmuş, daha sonra “Yeni il gəldi” mahnısını ifa edərək Şaxta babanın tədbirə gəlişini böyük sevinclə qarşılayıbar. Şaxta baba öz təbriklərini çatdıraraq auditoriya qarşısında çıxış edən şagirdlərin çıxışını izləyib.



Tədbir zamanı Həmrəylik gününə həsr olunmuş milli ruhda Azərbaycan haqqında şeirlər söylənilib, “Nəlbəki”, “Uzundərə”, “Turacı” milli rəqsləri nümayiş olunub. Şagirdlərin ifaları alqışlarla qarşılanıb. Bundan əlavə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik videoçarxı hazırlanıb.



Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilən, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanını yaradır.



2018-ci il ərzində Novruz bayramı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyət Günündə də çıxış edib.







Azvision.az


Teqlər: Azərbaycan-Məktəbi   Vaşinqton  





Xəbər lenti