Kolumbiya Bakıda öz ofislərini Çili, Meksika və Peru ilə bölüşür

Kolumbiya Bakıda öz ofislərini Çili, Meksika və Peru ilə bölüşür
  20 Dekabr 2018    Oxunub:1752
Kolumbiyanın Azərbaycandakı Səfirliyi öz ofislərinin bir hissəsini Çilinin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili, Qabriel Leopoldo Xara Maldonadoya, təqdim edib.
Səfirlikdən Azvision.az -a verilən xəbərə görə, onun gəlişi ilə Sakit Okean Alyansı inteqrasiya mexanizminin paylaşılan səfirlikləri şəklində bütövlükdə Bakıda təmsil olunur.

Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda təkcə ikitərəfli münasibətləri deyil, həm də bölgənin maraqlarını gücləndirəcəklər.

Azvision.az


Teqlər: Çili   Kolumbiya  





Xəbər lenti