Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyü bərpa edilir

Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyü bərpa edilir
  19 Dekabr 2018    Oxunub:3340
Bir sıra ərəb ölkələri Suriyanın Ərəb Dövlətləri Liqasında (ƏDL) üzvlüyünü bərpa edərək, onu təşkilata geri qaytarmaq üçün birgə səy göstərirlər.
Azvision.az xəbər verir ki, bu barədə Tunisin prezident administrasiyasından “RİA Novosti”yə bildiriblər.

“Tunis və Əlcəzair də daxil olmaqla, bir neçə ərəb ölkəsi Suriyanın ƏDL-da üzvlüyünün bərpa edilməsi təklifi üzərində birgə iş aparır” – mənbə deyib.

Bundan əvvəl isə Misir prezidenti Əbdül Fəttah əs-Sisi bəyən etmişdi ki, Suriyanın ƏDL-na qaytarılması üçün Qahirə əlindən gələni edir.

Xatırladaq ki, 2011-ci ildə Suriyada başlayan münaqişədə prezident Bəşər Əsədin dinc sakinlərə güc tətbiq etməsi bəhanə gətirilərək Səudiyyənin təzyiqi ilə Dəməşqin ƏDL-dakı üzvlüyü dondurulmuşdu.

21 dövlətin daxil olduğu ƏDL 22 mart 1945-ci ildə yaranıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Tunis   Suriya   ƏDL  





Xəbər lenti