Bakıda qəza törədən qadın sürücü ölüb

Bakıda qəza törədən qadın sürücü ölüb
  19 Dekabr 2018    Oxunub:1543
Dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti