Şabran rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.