ABŞ-dan “Taliban”a 6 aylıq atəşkəs təklifi

ABŞ-dan “Taliban”a 6 aylıq atəşkəs təklifi
  19 Dekabr 2018    Oxunub:3512
ABŞ təmsilçiləri “Taliban” hərəkatının nümayəndələrinə altı ay müddətinə sülh bağlamağı, həmçinin gələcəkdə Əfqanıstanın siyasi sisteminin bir hissəsi olmağı təklif edib.
“Taliban” nümayəndələri bunun əvəzində təşkilatın həbsdə saxlanılan bütün üzvlərinin azadlığa buraxılması, hərəkat liderlərinin hərəkətinə qoyulan qadağanın aradan qaldırılması və amerikalı hərbçilərin Əfqanıstan ərazisini tərk edəcəyi dəqiq vaxtın elan olunması tələbini irəli sürüb.

“Hazırda ABŞ və Əfqanıstan ordusuna hücumların 95 faizi “Taliban” hərəkatının silahlıları tərəfindən həyata keçirilir. Mümkün atəşkəs taliblərə deyil, ABŞ və Əfqanıstan silahlı qüvvələrinə sərf edir. Bu səbəbdən sülh təklifi ABŞ tərəfindən irəli sürülüb”, - “The News International” qəzeti “Taliban” hərəkatına yaxın mənbənin bu fikirlərini sitat gətirir.

Bununla yanaşı, “Taliban” nümayəndələri Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mümkün atəşkəsin qarantı olmasında təkid edirlər.

Azvision.az



Teqlər: Taliban  





Xəbər lenti