Azərbaycanla Gürcüstan arasında enerji danışıqları

Azərbaycanla Gürcüstan arasında enerji danışıqları
  18 Dekabr 2018    Oxunub:1346
Bu gün dekabrın 18-də Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub.
Bu barədə Azvision.az -a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib. Eyni zamanda tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.

Müzakirələrin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.

Azvision.az


Teqlər: Azerenerji  





Xəbər lenti