Evdən 52 yaşlı kişinin meyiti tapıldı

Evdən 52 yaşlı kişinin meyiti tapıldı
  18 Dekabr 2018    Oxunub:3760
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Mənzil  





Xəbər lenti