Moskva Əliyevlə Paşinyanın görüşünü hazırlayır

 Moskva Əliyevlə Paşinyanın görüşünü hazırlayır
  18 Dekabr 2018    Oxunub:4784
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa dialoqun yaradılması imkanları üzərində işləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. Diplomat bildirib ki, münaqişə ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.

“Sergey Lavrov da bunu bir daha təsdiqlədi və biz ATƏT-in Minsk qrupunun formatı çərçivəsində işləri davam etdirmək niyyətindəyik. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişənin hər iki tərəfinin (Ermənistan və Azərbaycan) razılığı əsasında sülh yolu ilə həllinə alternativ yoxdur”, - deyə Kopırkin vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   Minskqrupu  





Xəbər lenti