QİÇS-ə yoluxanların yeni STATİSTİKASI

 QİÇS-ə yoluxanların yeni STATİSTİKASI
  05 Noyabr 2013    Oxunub:1224
Onlardan 4027 nəfəri azərbaycanlı, 144 nəfərsə əcnəbidir
Bu ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti İşçi Qrupunda ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4027 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,3%) isə əcnəbidir. İİV-ə yoluxanların 3263-ü (78,2%) kişi, 908-i (21,8%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 4171 nəfərdən 2367-də (56,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 1728 nəfəri (73,4%) dispanser qeydiyyatındadır.

Mirvari


Teqlər:  





Xəbər lenti