Santa Klaus Putinlə Trampa sürpriz edəcək

 Santa Klaus Putinlə Trampa sürpriz edəcək
  18 Dekabr 2018    Oxunub:4702
Milad bayramının baş sehrbazı, Laplandiyada yaşayan Santa-Klauz ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Finlandiya prezidenti Sauli Niinistyeyə hədiyyələr bağışlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın qarlı şimal-şərq ucqarındakı Çukot dairəsinin Yeni Çaplino qəsəbəsinə səyahət edən Santa-Klauz özü “RİA Novostiyə” müsahibəsində deyib. Lakin hədiyyələrin nə olacağını sürpriz saxlayıb.

“Mən bunu gizlin saxlayacam. Əgər hədiyyələrin nə olduğunu bilmək istəsəniz, onda Donaldın, Vladimirin və Saulinin özündən soruşmalı olacaqsınız” – Santa deyib.

Qeyd edək ki, Santanın daimi yaşadığı rəsmi iqamətgahı Finlandiyanın Laplandiya əyalətinin paytaxtı Rovanieminin yaxınlığında – Şimal qütb dairəsindəki Santa-Klauz kəndindədir. Amma o, həm də, sehirli və gözəl nağıllar dünyasında yaşayır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ   Finlandiya   Laplandiya   Santa  





Xəbər lenti