Zakir Həsənov hərbi məktəbə yeni rəis təyin etdi

Zakir Həsənov hərbi məktəbə yeni rəis təyin etdi
  05 Noyabr 2013    Oxunub:1155
Müdafiə naziri, general-polkovnik Zaki Həsənov yeni təyinatlar həyata keçirib.
Hərbi ekspert Üzeyir Cəfərovun AzVision.az-a verdiyi məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yeni rəis təyin olunub. Müdafiə naziri Zakir Həsənov general-mayor Heydər Piriyevi yenidən məktəbə rəis vəzifəsinə təyin edib. O bu vəzifəyə Naxçıvan Hərbi Birləşməsinin Qərargah rəisi vəzifəsindən təyin edilib. Məktəbin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifov isə vəzifəsindən azad edilib.

Xatırladaq ki, bundan əvvəl də Heydər Piriyev bu vəzifədə xidmət keçib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti