DİN “Sədərək”də reyd keçirdi

DİN “Sədərək”də reyd keçirdi
  18 Dekabr 2018    Oxunub:3452
Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 17-də keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 4600 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Sədərək  





Xəbər lenti