Hava xəbərdarlığı: Yollar buz bağlayacaq

  Hava xəbərdarlığı:  Yollar buz bağlayacaq
  18 Dekabr 2018    Oxunub:4771
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-19-da Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Dekabrın 19-u axşam Azərbaycanın bəzi şərq rayonlarında, 20-si axşam, 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarında isə qısamüddətli daşqın olacağı bildirilir. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti