Gürcüstanda müxalifət lideri həbs olunub

   Gürcüstanda müxalifət lideri həbs olunub
  18 Dekabr 2018    Oxunub:4554
Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb. Bildirilib ki, Kirkitadze Kaxetidə saxlanılaraq, barəsində cinayət işi açılıb.

Məlumata görə, Kirkitadze ötən gün yeni prezident Salome Zurabişvilinin inauqurasiyası zamanı müxalifətin keçirdiyi etiraz aksiyasında polis əməkdaşlarına xəsarət yetirməkdə təqsirli bilinir.

Qeyd edək ki, ötən gün Gürcüstanın yeni - beşinci prezidenti Salome Zurabişvilinin inaqurasiyası zamanı seçkilərdə məğlub olmuş Vaşadzenin tərəfdarları maşın karvanları ilə mərasimin keçirildiyi Telavi şəhərinə yollanaraq dinc aksiyaya cəhd ediblər. Lakin polis onları şəhərin 30 kilometrliyində saxlayaraq ya piyada getməyi, ya da alternativ yollardan istifadə etməyi məsləhət görüb. Nəticədə iğtişaş yaşanıb və aksiyaçılar kordonunu yararaq polis maşınlarına zərər vurublar.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti