Rusiyada 17 yaşlı azərbaycanlı qız qətlə yetirilib

   Rusiyada 17 yaşlı azərbaycanlı qız qətlə yetirilib
  18 Dekabr 2018    Oxunub:6418
Rusiyada 10 gün əvvəl itkin düşdüyü deyilən 17 yaşlı azərbaycanlı Günel Dadaşovanın qətlə yetirildiyi məlum olub.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun meyiti İrkutsk vilayətinin Nijneudinsk şəhərində körpünün altında tapılıb. Azərbaycanlı qızın boğazı kəsilərək öldürüldüyü aşkar edilib. Faktla bağlı cinayət işi açılıb.

Araşdırma zamanı qətlə şübhəli bilinən 15 və 17 yaşlı iki yeniyetmə saxlanılıb. Onlar qətli tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Azvision.az



Teqlər:





Xəbər lenti