ABŞ-da FETÖ-çülərin həbsinə başlanıldı

   ABŞ-da FETÖ-çülərin həbsinə başlanıldı
  18 Dekabr 2018    Oxunub:5606
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) FETÖ terror təşkilatının üzvlərinin həbsinə başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. XİN rəhbəri bildirib ki, FETÖ-yə qarşı 15 ştatda iş aparılıb.
Onun sözlərinə görə, Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb.

Qeyd edək ki, Fətullah Gülənin lideri olduğu FETÖ təşkilatı Türkiyədə 2016-ci ilin dövlət çevrilişinə cəhd hadislərində ittiham edilir.

Azvision.az



Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti