Qarabağda erməni əsgər minaya düşdü - 3 gündə 4 yaralı

   Qarabağda erməni əsgər minaya düşdü -  3 gündə 4 yaralı
  17 Dekabr 2018    Oxunub:6902
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində düşmən ordusunun qanunsuz yerləşdirilən “N” saylı hərbi hissəsinin əsgəri minaya düşüb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, sol ayağından və üzünün sol nahiyyəsindən yaralanan erməni əsgəri Qevork Ovanisyan Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı hərbi hospitalına gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bu gün həmçinin, qarın nahiyyəsindən güllə yarası alan erməni əsgərin də hospitala yerləşdirildiyi qeyd olunur. Bununla da, son 3 gün ərzində müxtəlif xəsarətlər alaraq xəstəxanaya gətirilən erməni hərbçilərin sayı 4-ə çatıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti