Marqvelaşvili andiçməsinə Saakaşvili və Şevernadzeni dəvət etdi

Marqvelaşvili andiçməsinə Saakaşvili və Şevernadzeni dəvət etdi
  05 Noyabr 2013    Oxunub:1078
Marqvelaşvilinin andiçmə mərasimi noyabrın 17-də baş tutacaq.
Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə keçmiş prezidentlər Mixeil Saakaşvili və Eduard Şevernadze də dəvət olunacaq. Bu barədə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze məlumat verib. Pancikidzenin bildirib ki, imkan olmadığına görə, andiçmə mərasimi bir çox Avropa ölkələrində olduğu kimi Parlament zalında yox, binanın həyətində keçiriləcək.

Təntənəli andiçmə mərasimində mütləq “hərbi komponentlər” olacağını deyən Pancikidze, ağır texnika və aviasiyadan istifadə edilməyəcəyini bildirib.

Bununla yanaşı xarici siyasət rəhbəri yeni prezidentin inaqurasiyasına həmişəkindən az pul xərcləniləcəyini qeyd edib.

Artıq məlumdur ki, inauqurasiya mərasimindən dərhal sonra Marqvelaşvili Qəhrəmanlar meydanına gedərək Gürcüstanın bütövlüyü naminə canından keçənləri yad edəcək. Elə həmin gün axşam Rustaveli adına Dövlət Akademik Teatrında təntənəli qəbul və konsert keçiriləcək.

Qeyd edək ki, seçkilərdə 60%-dən çox səsə toplayan Qeorqiy Marqvelaşvilinin andiçmə mərasimi noyabrın 17-də baş tutacaq.

S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti