Bolqarıstan mətbuatı Bakıdan yazdı

Bolqarıstan mətbuatı Bakıdan yazdı
  05 Noyabr 2013    Oxunub:991
Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetinin 3 noyabr sayında “Bakıda Forum – fərqliliklərə hörmət” adlı məqalə dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər ki, məqalədə Bakıda keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda qəbul olunmuş Bəyannamədən söz açılıb. Bəyannamədə əks olunmuş bir fikir xüsusi qeyd edilib: “Postmodern dövründə milli özünüdərkin müxtəlif təzahürlərinə qayğıkeş və hörmətcil münasibət sülh və təhlükəsizlik üçün ən yaxşı təminatdır. Ayrı-ayrı ölkələrin dövlət siyasəti çərçivəsində, cəmiyyətdə konsensusun əldə olunması istiqamətində əldə etdiyi təcrübəni öyrənmək lazımdır”.
Məqalənin müəllifi Forumda 70-dən çox ölkədən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının Azərbaycana dəvət olunduğunu, onların içərisində Bolqarıstanın sabiq prezidenti G.Pırvanovun da yer aldığını xüsusi qeyd edib.
Müəllif, həmçinin BMT-nin Baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində ev sahibliyinə görə, Azərbaycan Prezidentinə minnətdarlıq bildirməsini, ekspertlərin, siyasətçilərin, ictimai xadimlərin birgə iştirakı ilə dünyanın qlobal problemlərinin müzakirəsinin vacibliyini vurğulamasını qeyd edib.
Məqalədə, yekun sənəddə davamlı inkişaf prinsiplərinin istifadəsinin vacibliyinin təsdiqlənməsi xüsusi qeyd olunub.


Teqlər:





Xəbər lenti