Qanunsuz ov tüfəngləri götürülüb

Qanunsuz ov tüfəngləri götürülüb
  17 Dekabr 2018    Oxunub:5416
Saatlı rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dədə Qorqud kənd sakini Nazim Gülüşovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 7 ədəd giliz, şəhər sakini Eldəniz Zeynalovdan isə müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi, 2 ədəd patron və 4 ədəd giliz götürülüb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kənd sakini Namiq Alışovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb,

Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Ulacalı kənd sakini Namiq Alışovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti