Bakıda qatarla avtobus toqquşdu - 6 yaralı

Bakıda qatarla avtobus toqquşdu - 6 yaralı
  05 Noyabr 2013    Oxunub:975
Bu gün Bakıda yol qəzası baş verib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində, "Port Baku" biznes mərkəzinin yaxınlığında qeydə alınıb.

Sərnişin avtobusu yük qatarı ilə toqquşub. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.
İlkin məlumata görə, hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan birinə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 5 yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 4-nün vəziyyəti orta-ağır, digər birinin vəziyyəti isə ağır qiymətləndirilir.


Teqlər:  





Xəbər lenti