Nazirlik turzim şirkətlərinə xəbərdarlıq etdi

Nazirlik turzim şirkətlərinə xəbərdarlıq etdi
  14 Dekabr 2018    Oxunub:1892
Son dövrlər xarici ölkələrdən ölkəmizə gələn turistlərin ov turizminə maraq göstərmələri, bəzən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmış şahinkimilər, bəzgək, dovdaq və digər nadir quş növlərinin onlar tərəfindən qeyri-qanuni ovlanması və tutulması ilə nəticələnir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bəzi hallarda vasitəçi şirkətlər xarici ölkələrdən gələn ovçular üçün ov icazələri alırlar və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş növlərin ovlanmasına şərait yaradırlar.

"Belə hallar aşkar edildiyi təqdirdə həmin vasitəçi şirkətlərlə əməkdaşlıq dayandırılacaq və onların turizm fəaliyyəti üçün lisenziyalarının ləğv edilməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, vətəndaşlar, vasitəçi şirkətlər bu məsələlərə daha da məsuliyyətli yanaşsın və mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər. Eyni zamanda turistlərin bu marağından istifadə edən brakonyerlər həmin quş növlərini tutaraq cüzi ödənişlər müqabilində onlara satırlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Cərimə  





Xəbər lenti