Bakıda 2000-dən çox müxtəlif cinsli ağac əkilib

Bakıda 2000-dən çox müxtəlif cinsli ağac əkilib
  14 Dekabr 2018    Oxunub:5538
Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətubat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi deyib ki, ölkə prezidentinin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən ETSN tərəfindən uyğun olaraq müxtəlif cinsli ağaclar əkilib:

"Aksiyalar bu gün də davam edir. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub. Payız ağacəkmə kampaniyası çərçivəsində nazirliyin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar keçirilir. 21 noyabrdan başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə, ümumilikdə 2000-dən çox müxtəlif cinsli ağac əkilib. Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər", - İ.İbrahimova vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti