“Qarabağ nizamlanmasının əsasları aydın deyil” - Lavrov

 “Qarabağ nizamlanmasının əsasları aydın deyil” -    Lavrov
  14 Dekabr 2018    Oxunub:5800
"Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əsasları aydın deyil"
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunu ilə bağlı mətbuata açıqlamasında deyib.

Lavrov "son zamanlar Azərbaycan və Ermənistan rəhbərləri arasında bir neçə görüş keçirilib. Rusiya tərəfi bununla əlaqədar Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş görürmü və 2019-cu ildə nizamlanma prosesindən nələr gözlənilir?" sualını cavablandırıb.

"Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə ətraflı və uzun görüşümüz oldu. Danışıqların bərpası və konstruktiv nəticə əldə olunması istiqamətində onun səmimi münasibətini hiss etdik. Azərbaycan və Ermənistanla sıx tərəfdaş olan ölkə kimi, amerikalılar və fransızlarla birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi kompromisə nail olunması istiqamətində zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu yaxınlarda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin qısa görüşü oldu, Milanda isə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində hər iki ölkənin xarici işlər nazirləriin görüşü keçirildi. Aydındır ki, bütün bu görüşlər Ermənistandakı 9 dekabr parlament seçkiləri ərəfəsində olub və indi Ermənistanda hökumət formalaşdırılmalıdır. Düşünürəm ki, bundan sonra Ermənistan tərəfi azərbaycanlı həmkarları və Minsk qrupunun həmsədrləri ilə danışıqlar prosesini davam etdirməyə hazır olacaq. Biz prinsipcə münaqişənin yeni həll variantını axtarmağa cəhd etməyəcəyik, çünki nizamlanmanın əsasları aydın deyil. Amma konsensusun əldə olunmasına kömək edəcək taktiki, yaxud kreativ ideyaların axtarışına cəhd edəcəyik" - deyə Lavrov vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Lavrov   Qarabağ  





Xəbər lenti