Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  04 Noyabr 2013    Oxunub:1014
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Gəncədə vətəndaşları qəbul edəcək.

AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 15 noyabr 2013-cü il tarixində saat 10:00-da başlayacaq qəbulda nazir Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşları dinləyəcək.

Qəbulda Gəncə şəhərindən, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarından olan vətəndaşlar iştirak edəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti