Tamerlan Qarayev Litvaya səfir göndərildi

Tamerlan Qarayev Litvaya səfir göndərildi
  13 Dekabr 2018    Oxunub:3949
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Qarayev Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azvision.az


Teqlər: TamerlanQarayev   Sərəncam   Səfir  





Xəbər lenti