Bakıda kukla biennalesi keçiriləcək

Bakıda kukla biennalesi keçiriləcək
  04 Noyabr 2013    Oxunub:1108
Beynəlxalq kukla biennalesində 13 ölkədən olan kukla ustaları iştirak edəcəklər
Noyabrın 5-dən 10-dək Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, II Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdən ibarətdir. Bu sərgi Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaq.

Beynəlxalq kukla biennalesində 13 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustaları iştirak edəcəklər.
Biennalenin “Fusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə Şərq və Qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası, memarlıqda eklektikaya dair istifadə olunur.

“Fusion doll” Bakı beynəlxalq müəllif kuklaları biennalesi ilk dəfə 2011-ci il noyabrda keçirilib. Bununla da dünyada ilk dəfə olaraq müəllif kuklaları biennalesinin əsası qoyulub.

Bu sahənin ictimaiyyət arasında populyarlaşmasında cari ilin aprelində Bakıda fəaliyyətə başlamış “Kukla” qalereyasının da müstəsna xidmətləri var.


Teqlər:  





Xəbər lenti