Nuşirəvan Məhərrəmli 4 telekanala “hə” dedi

Nuşirəvan Məhərrəmli 4 telekanala “hə” dedi
  04 Noyabr 2013    Oxunub:901
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün və “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən adı çəkilən kanalların xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti