Bakıda NATO və Rusiya generalları görüşdü - FOTOLAR

   Bakıda NATO və Rusiya generalları görüşdü -  FOTOLAR
  12 Dekabr 2018    Oxunub:6030
Bu gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.
Azvision.az xəbər veri ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Avropa və dünyanın təhlükəsiz məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunun artdığını deyərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.

Bundan əlavə, tərəflər 2019-cu ildə planlaşdırılan əməliyyat təlimləri barədə bir-birilərini məlumatlandırıblar.









Azvision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti