“Sona qədər mübarizə aparacağam” - Tereza Mey

  “Sona qədər mübarizə aparacağam” -    Tereza Mey
  12 Dekabr 2018    Oxunub:3569
Böyük Britaniyanın Baş naziri Tereza Mey onun hökumət başçısı postundan kənarlaşdırılması cəhdlərinə münasibət bildirib.
Azvision.az “TASS”-a istinadla xəbər verir ki, iqamətgahın qarşısında bəyanatla çıxış edən Mey parlament komitəsinin rəhbəri Qrem Breydin etimadsızlıq votumu prosedurunu başladan mühafizəkar deputatlardan 48 məktub aldığını təsdiqləyib: “Mən votuma qarşı sona qədər mübarizə aparacağam”.

Baş nazirin sözlərinə görə, onun istefası ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesini ləngidə və ya ləğv edə bilər.

Qeyd edək ki, artıq bir çox nazirlər Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasının tərəfdarı olduğunu bildiriblər. Onların arasında XİN rəhbəri Ceremi Hant, daxili işlər naziri Səcid Cavid, maliyyə naziri Filip Hammond və beynəlxalq inkişaf naziri Penni Mordont da var.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Tereza-Mey  





Xəbər lenti