Keçmiş məhkumun evindən qumbara tapıldı

Keçmiş məhkumun evindən qumbara tapıldı
  12 Dekabr 2018    Oxunub:3842
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. ​Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qumbara  





Xəbər lenti