Azərbaycanla İran arasında protokol imzalandı - FOTOLAR

  Azərbaycanla İran arasında protokol imzalandı -    FOTOLAR
  12 Dekabr 2018    Oxunub:2425
İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başa çatıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azvision.az -a verilən xəbərə görə, 11 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında İran İslam Respublikasının sərhəd qoşunlarının nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin və əldə olunmuş razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İİR Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb.



Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərəkətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiyanın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.



Həmin gün İİR nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi “Çövkən” Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində “Sərhədçi” çövkən komandası ilə “Omar” çövkən komandası arasında oyuna tamaşa ediblər.

Azvision.az


Teqlər: İran   DSX  





Xəbər lenti