Ermənistanda seçki biabırçılığı: Əhalinin yarıdan çoxu səs verməyib

Ermənistanda seçki biabırçılığı: Əhalinin yarıdan çoxu səs verməyib
  10 Dekabr 2018    Oxunub:6596
Bu gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 48,63 faizi iştirak edib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan mətbuat konfransında bildirib.
Paytaxt İrəvanda seçici fəallığı 47,6% (404599 nəfər), Gümrüdə 39,22% (48817 nəfər), Vanadzorda isə 46,66% (44949 nəfər) qeydə alınıb.

Qeyd edək ki, Ermənistanda səs vermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir. Bugünkü seçkiyə onların yarıdan çoxu (51,37%) qatılmayıb.

Xatırladaq ki, Ermənistanda bundan öncəki parlament seçkilərində seçici aktivliyi 60,86% olub.

Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti