“Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” - Şahnazaryan

 “Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” -  Şahnazaryan
  10 Dekabr 2018    Oxunub:4520
"Ermənistan tarixində ən biabırçı seçkilər oldu. Hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları müşayiət edildi"
Azvision.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının namizədi David Şahnazaryan deyib.

Onun sözlərinə görə, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb. Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib.

"Yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi", -deyə Şahnazaryan söyləyib.

Qeyd edək ki, bu gün Ermənistan tarixində ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilib.

Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti