Koçaryanın tərəfdarları mitinqlərə başlayır

Koçaryanın tərəfdarları mitinqlərə başlayır
  10 Dekabr 2018    Oxunub:4665
Ermənistanın həbs edilən sabiq prezidenti Robert Koçaryanın tərəfdarları 11 dekabr tarixinə mitinq təyin ediblər.

Azvision.az xəbər verir ki, bu barədə "Prezidentə azadlıq" qrupunun üzvləri məlumat yayıblar. Bildirilib ki, Koçaryanın həbsdən azad olunması məqsədilə piket və mitinqlər keçiriləcək.
"Biz Robert Koçaryanın qanunsuz həbsini cinayət kimi qiymətləndiririk, bu ədalətsizliyə qarşı səsiizi qaldırmalıyıq", - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün həbs olunub.

Azvision.az



Teqlər: Koçaryan   Mitinq  





Xəbər lenti