Parisdən Trampa xəbərdarlıq: “İşimizə burun soxma!”

Parisdən Trampa xəbərdarlıq:  “İşimizə burun soxma!”
  09 Dekabr 2018    Oxunub:5119
Fransa hökuməti ABŞ prezidenti Donald Trampın Parisdə keçirilən "Sarı jiletlilər" aksiyası ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Azvision.az xəbər verir ki, rəsmi Paris Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.
"Tramp Fransanın siyasətinə burun soxmamalıdır" - deyə ABŞ rəhbərinə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tramp Fransadakı etirazlarla bağlı fikirlərini "Tvitter" səhifəsində yazıb: "Fransanın hər yerində etirazlar və iğtişaşlar var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinə artıq pul vermək istəmirlər. "Biz Trampı istəyirik" deyirlər. Fransanı sevirəm".

Azvision.az



Teqlər: Fransa   Tramp  





Xəbər lenti