Ermənistanda seçki pozuntuları - Yenilənib

Ermənistanda seçki pozuntuları -  Yenilənib
  09 Dekabr 2018    Oxunub:5587
Ermənistan polisinə seçkiqabağı kampaniya zamanı qanun pozuntuları ilə bağlı 81 müraciət daxil olub.
Polisin yaydığı məlumatda bildirilib ki, müraciətlərdən 26-sı cinayət tərkiblidir, digər 55 şikayət isə yoxlanılmalıdır.

Qeyd edilib ki, daxil olan məlumatlardan 25-i İrəvandakı insidentlərlə, 56-sı ölkənin digər ərazilərində baş verən pozuntularla əlaqədardır.

***
Gərgin ictimai-siyasi mühitin hökm sürdüyü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, seçkiqabağı vəziyyəti nəzərə alaraq səsvermə zamanı qanun pozuntularının olacağını bəyan edən siyasi ekspertlərin, müxalifət partiyalarının nümayəndələrinin proqnozları özünü doğruldur. Artıq bir sıra qanun pozuntuları qeydə alınıb.

Məsələn, Lori əyalətindəki 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb.

Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının işləməməsi barədə məlumat daxil olub.

Araratdakı 13/2 saylı məntəqədə isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub. Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneəçilik törədilir.

Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb.

Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb. Ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.

Siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.

Azvision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti