Fransadakı vəziyyətlə bağlı azərbaycanlılara müraciət edildi
Verilən məlumatlarda kriminal və radikal qrupların üzvlərinin etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai və iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər yetirərək talançılıqla məşğul olduğu bildirilib.
Gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.
Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb. (AzərTAc)
Azvision.az
Teqlər: Fransa