Səfər Əbiyev oğlunu evləndirir

Səfər Əbiyev oğlunu evləndirir
  04 Noyabr 2013    Oxunub:1122
Toy mərasimində yüksək rütbəli məmurların iştirakı gözlənilmir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev bu gün oğluna toy edir.

Keçmiş nazirin oğlunun toy mərasimi bu gün “Buta Palace”da keçiriləcək. Gəlinin ailəsinə gəlincə, keçmiş nazirin gəlini qubalıdır. O, Quba avtovağzalının keçmiş müdirinin nəvəsidir. Bəzi məlumatlara görə isə keçmiş nazir oğlunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyster Xidmətinin Quba rayon şöbəsinin müdürünün qızı ilə evləndirir.

AzNews.az-a daxil olan məlumata görə, toy mərasimində yüksək rütbəli məmurların iştirakı gözlənilmir.


Teqlər:  





Xəbər lenti