Nazir seçkilərlə bağlı əmr imzaladı

Nazir seçkilərlə bağlı əmr imzaladı
  05 Dekabr 2018    Oxunub:1594
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair Əmr imzalayıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az-a verilən xəbərə görə, əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.

Sənəddə, Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Oqtay-Şirəliyev   Seçki  





Xəbər lenti