Makron Fransanın ən aşağı reytinqli prezidenti oldu

Makron Fransanın ən aşağı reytinqli prezidenti oldu
  04 Dekabr 2018    Oxunub:4308
Fransa prezidenti Emmanuel Makronun ölkə əhalisi arasındakı reytinqi indiyədək qeydə alınan ən aşağı rekord nəticəni göstərib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, “Ifop-Fiducial”ın bu gün “Paris Match and Sud Radio”da dərc etdiyi sorğunun nəticələrinə əsasən, hazırda Makronun fransızlar arasında reytinqi 23 faizə düşüb. Bu, prezidentin ötən aydakı reytinqindən 6 faiz azdır.

Qeyd olunur ki, Makronun reytinqinin sürətlə düşməsinə səbəb yanacaq qiymətlərinin artması və sosial xərclərin çoxalmasına qarşı 17 noyabrdan etibarən “sarı gödəkçələr” adlı etiraz aksiyalarının keçirilməsidir. Həmçinin vurğulanır ki, Makronun reytinqi sələfi Fransua Ollandın 2013-cü ilin sonlarındakı göstəricisi ilə (Ollandın reytinqi 25 faizədək düşmüşdü) eynilik təşkil edib və hətta daha aşağı düşüb. O zaman Olland müasir Fransa tarixinin ən reytinqsiz prezidenti hesab edilirdi. İndi isə bu siyahıya Makron başçılıq edir.

Sorğu nəticəsində məlum olub ki, Fransanın baş naziri Eduard Filippin də reytinqi 10 faiz azalaraq 26 faizə düşüb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Makron   Fransa  





Xəbər lenti