Şahzadə səfərə getdi, prezident onu qəbul etmədi
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Əlcəzairdə onu baş nazir Əhməd Uyəhya qarşılayıb.
Qeyd edək ki, Əlcəzairdə nümayişlər qadağan edildiyindən, Tunisdə olduğu kimi vəliəhdi etirazçı kütlə qarşılamayıb. Bununla belə, bir qrup tanınmış əlcəzairli jurnalist və ziyalılar hökumətə açıq məktub yazaraq Məhəmməd bin Salmanın səfərinə etiraz ediblər. Bildiriblər ki, bu, qeyri-etik və siyasi cəhətdən qeyri-münasibdir.
Xatırladaq ki, jurnalist Camal Kaşoqinin qətlində ittiham olunan vəliəhd şahzadə məlum cinayətdən sonra ilk dəfə xaricə səfərə yollanıb.
Azvision.az
Teqlər: Şahzadə