Parisdə 200-dən çox etirazçı saxlanılıb - Yenilənib

Parisdə 200-dən çox etirazçı saxlanılıb -  Yenilənib
  02 Dekabr 2018    Oxunub:7800
Parisdə kütləvi etiraz aksiyaları davam edir. Son məlumatlara əsasən, saxlanılan nümayişçilərin sayı 205 nəfərə çatıb.
Ümumilikdə etiraz aksiyalarında indiyədək 11-i polis olmaqla 65 nəfər xəsarət alıb.

***
Fransa polisi Zəfər Tağının qarşısında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara qarşı dəfələrlə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Dekabrın 1-də səhər saatlarından başlayaraq benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jiletlilər” Parisin mərkəzində toplaşmağa başlayıblar.

Aksiyanı dağıtmağa çalışan polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Bəzi fəallar özləri ilə qoruyucu maskalar və əleyhqazlar gətirib. İndiyədək 100-dək etirazçının saxlandığı bildirilir.

“Sarı jilet”lər hərəkatı artıq üçüncü şənbə günüdür ki, Paris küçələrində mitinq təşkil edir. Fransanın digər ərazilərində də miqyaslı aksiyalar keçirilir. Paytaxtda iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları nəticəsində şəhərə xeyli zərər dəyib.

***
Bu gün Fransanın paytaxtı Parisdə keçirilən “sarı gödəkçələr” etiraz aksiyalarının dağıdılması üçün polis nümayişçilərə qarşı güc tətbiq edib.

Azvision.az “LCI” telekanalına istinadən xəbər verir ki, aksiyanın saat 14:00-a (Bakı vaxtilə 17:00-a) planlaşdırılmasına baxmayaraq, etirazçılar səhər saatlarından Yelisey sarayı ətrafına toplaşmağa başlayıblar.

Daha sonra aksiyanın keçiriləcəyi zonada nəzarət-keçid mənqətələrini ələ keçirməyə cəhd ediblər.

Nəticədə, güc strukturlarının təlimatına əməl etməyən etirazçılarla polis arasında toqquşma baş verib. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. 30-a yaxın etirazçı həbs olunub.

Parisdə turistlərin, sakinlərin və dövlət orqanlarıın təhlükəsizliyinin təmini üçün hökumət paytaxta 6 min polis qüvvəsi cəlb edib. Parisin mərkəzi metrosunun 7 stansiyası bağlanıb.

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunur.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Paris   Aksiya   Fransa  





Xəbər lenti