"Cəmi 3-4 avtobus şirkəti vətəndaşları məmnun edir" - BNA sədri

"Cəmi 3-4 avtobus şirkəti vətəndaşları məmnun edir" -  BNA sədri
  01 Dekabr 2018    Oxunub:2383
"Bakıda 41 daşıyıcı şirkət var. "Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir".
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin (PJB) agentliyinə təşkil etdiyi mediatur zamanı deyib. BNA sədri bildirib ki, paytaxtda gündəlik 2050 avtobus xəttə buraxılır.

"Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "Bakubus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətun qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti