Azərbaycanda 899 nəfər QİÇS-dən ölüb

 Azərbaycanda 899 nəfər QİÇS-dən ölüb
  01 Dekabr 2018    Oxunub:2199
Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib. O vaxtdan cari ilin martın 1-dək rəsmən İİV infeksiyasına yoluxmuş 5798 nəfər qeydə alınıb. Onlardan 4 121-i (71,1 faizi) kişilər, 1677-si (28,9 faizi) isə qadınlardır.
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Bildirib ki, bu müddət ərzində 2057 nəfər QİÇS mərhələsinə keçib, 899 virus daşıyıcısı isə dünyasını dəyişib. İİV infeksiyasına yoluxanların 45,4 faizi bu virusa narkotik maddələr, 42,5 faizi heteroseksual və 2,4 faizi homoseksual əlaqələr vasitəsilə və 1,8 faizi anadan uşağa keçməklə yaxalanıb. Bundan başqa, 8 faizin yoluxma səbəbi müəyyən olunmayıb.

Qeyd edilib ki, İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir.

Azvision.az



Teqlər: İİV  





Xəbər lenti