Putin Argentinadadır - Gərgin görüşlər keçiriləcək

 Putin Argentinadadır -  Gərgin görüşlər keçiriləcək
  30 Noyabr 2018    Oxunub:4166
Rusiya prezidenti Vladimir Putin bu gündən başlayaraq dekabrın 1-dək davam edəcək “G20” (“Böyük iyirmilik”) sammitində iştirak etmək üçün artıq Argentinanın paytaxtı Buenos-Ayresdədir.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, sammitin iclaslarında Putinin dünyadakı ticarət müharibələri, birtərəfli iqtisadi məhdudiyyətlər, digər dövlətlərin proteksionizm siyasəti və Ümumdünya Ticarət Təşkilatında islahatlar barədə çıxışlar edəcək.

Rusiya prezidentinin sammit çərçivəsində bir sıra dövlət başçılarilə görüşləri də nəzərdə tutulub. Belə ki, Putin Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Çin lideri Si Tsinpin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla ayrıca görüşlər keçirəcək.

Lakin Kerç boğazında yaşanan insidentə görə ABŞ prezidenti Donald Tramp Putinlə görüşdən imtina edib. Putin həmçinin, “Böyük iyirmilik”dən başqa, Argentinada daha iki formal sammitə - BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) və RİK (Rusiya, Hindistan, Çin) liderlərinin görüşünə də qatılacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Argentina   BRİKS   Rusiya   G20   ABŞ  





Xəbər lenti