İrandan azərbaycanlılara qarşı növbəti hörmətsizlik

İrandan azərbaycanlılara qarşı növbəti hörmətsizlik
  02 Noyabr 2013    Oxunub:941
Baş konsul: “İranda azəri deyilən bir anlayış yoxdur”

İranda yaşayan kürdlər ayağa qalxıblar. AzVision.az saytının xarici KİV-lərə istinadən verdiyi məlumata görə, kürdlər rəsmi Tehrandan əlavə muxtariyyət istəyirlər.

İran Kürdüstan Demokrat Partiyasının katibi Mustafa Hicri mətbuata açıqlamasında bildirib ki, kürtlər İran rəhbərliyi ilə dialoqa girmək istəyirlər və artıq 67 ildir ki, öz mübarizələrini davam etdirirlər:

“Rəsmi Tehranla dialoq cəhdlərimiz hər zaman İran tərəfindən rədd edildi. İran indi kürtlərə heç bir haqq tanımır. Türkiyədəki kimi problemlərin həll edilməsini istəyirik. Bir vətəndaş azadlıq və öz haqqını tələb edən kimi onu agent və ya rejimə qarşı ittihamı ilə günahlandırırılar. Buna görə yüzlərlə insan asılıb. Bu səbəbdən İrandakı kürd gənclər fürsət pan kimi İraqa və ya qərb ölkələrinə qaçırlar”.

İranin Ərbildəki baş konsolu Hüseyin Üzeyimi isə mətbuata açıqlamasında M.Hicrinin dediklərini təkzib edib. Onun sözlərinə görə, İranda nə kürd, nə ərəb, nə də azərbaycanlı anlayışı yoxdur.

“Bütün İran xalqları iranlı olmaları ilə fəxr edirlər. Fars, ərəb, kürd və ya azərbaycanlı deyə bir şey yoxdur”.

Xalqlara anadillərində təhsil haqqı vermə məsələsiylə bağlı danışan konsul bildirib ki, İran dövləti milliyətciliyi qəbul etmir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti